İdman

FIFA-dan mübahisəli epizod barədə açıqlama

Metbuat.az

FIFA İngiltərə - Norveç matçında müzakirələrə səbəb olan epizodla bağlı açıqlama yayıb.

Metbuat.az xəbər verir ki, qurum topun daxilində yerləşən "Connected Ball" texnologiyasının sensorlarının havada hər hansı kənar təmas qeydə almadığını bildirib. Buna görə də topun stadionun üzərindən keçən kamera kabelinə dəyərək trayektoriyasını dəyişdiyini təsdiqləyən texniki sübutun olmadığı vurğulanıb.

Qeyd edək ki, mübahisəli epizod 2026-cı il dünya çempionatının 1/4 finalında İngiltərənin əlavə vaxtda Norveçi 2:1 hesabı ilə məğlub etdiyi oyunun ilk hissəsinə əlavə olunmuş dəqiqələrdə yaşanıb. Norveçin qapıçısı Eryan Nuland topu oyuna daxil edəndən sonra top istiqamətini dəyişərək Elliot Andersonun qarşısına düşüb. İngiltərə hücumu davam etdirib və Cud Bellingem dəqiq zərbəsi ilə hesabı açıb. Norveç futbolçuları oyunun dayandırılmasını tələb etsələr də, baş hakim Kleman Türpen qolu etibarlı sayıb.