"Fənərbaxça"dan ulduz futbolçu üçün tarixi təklif
"Fənərbaxça" "Milan"ın hücumçusu Rafael Leaonu transfer etmək ütəklif irəli sürüb.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı futbolçuya beş illik müqavilə təklif edib. İtaliyanın "Gazzetta dello Sport" nəşrinin məlumatına görə, Leao mövsümə görə 8 milyon avro xalis maaş alacaq. Müqavilədə oyun sayı, qol göstəricisi və komandanın çempionluğu ilə bağlı bonusların da yer aldığı qeyd olunub. Bildirilir ki, futbolçu 20-dən çox oyun keçirərsə 1,5 milyon avro, 15 qol vurarsa 1,5 milyon avro və "Fənərbaxça" Super Liqa çempionluğunu qazanarsa əlavə 1 milyon avro qazanacaq. Məlumata görə, "Fənərbaxça" futbolçunun transferi üçün "Milan"a 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Rafael Leao ötən mövsüm "Milan"ın heyətində keçirdiyi 31 rəsmi oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.