Dünya
Əl-Əqsa məscidində on minlərlə fələstinli cümə namazı qıldı
İşğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidində on minlərlə fələstinli cümə namazı qılıb.
Metbuat.az xəbər verir ki, səhər saatlarından etibarən çoxsaylı fələstinli ibadət etmək üçün Əl-Əqsa məscidinə gəlib. Fələstin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu təhlükəsizlik tədbirləri çərçivəsində məscidin girişlərinə və Qüdsün Köhnə Şəhəri ətrafına əlavə hərbi qüvvələr yerləşdirib.
Qeyd edək ki, İsrail 28 fevralda İrana qarşı başladığı hücumları əsas gətirərək Əl-Əqsa məscidini ibadət üçün bağlamışdı. Məscid 41 gün sonra, aprelin 9-da yenidən ibadətə açılmışdı.