İdman

Əfsanəvi futbolçu karyerasını yekunlaşdırdı

Metbuat.az

İspaniya futbolunun əfsanəvi simalarından Santi Kasorla peşəkar karyerasını yekunlaşdırıb.

Metbuat.az xəbər verir ki, 41 yaşlı sabiq yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabında emosional paylaşımı ilə açıqlayaraq, futbolun ona yaşatdığı unudulmaz anlara görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, karyerası ərzində "Vilyarreal", "Malaqa", "Arsenal" və "Əl-Sədd"də çıxış edən Kasorla İspaniya millisi ilə 2008 və 2012-ci illərdə Avropa çempionatlarının qalibi olub.