İdman

Dünya Kubokunda son 1/4 finalçı İsveçrə oldu

Metbuat.az

Dünya Kubokunda 1/4 final mərhələsinə yüksələn son komanda İsveçrə olub.

Metbuat.az xəbər verir ki, Vankuverdə keçirilən 1/8 final oyununda Kolumbiya ilə üz-üzə gələn İsveçrə əsas və əlavə vaxtı qolsuz başa çatan matçda rəqibini penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib.

İsveçrə 1/4 finalda son dünya çempionu Argentina ilə qarşılaşacaq.

Qeyd edək ki, İsveçrə yığması 1954-cü ildən sonra ilk dəfə Dünya Kubokunun 1/4 finalına yüksəlib.