İdman

DÇ-2026 finalına biletlər rekord qiymətə yüksəlib

Metbuat.az

2026-cı il dünya çempionatının final oyununa bilet əldə etmək istəyən azarkeşlər rekord qiymətlərlə üzləşiblər.

Metbuat.az xəbər verir ki, FIFA-nın rəsmi təkrar satış platformasında biletlərin qiymətinə yuxarı hədd müəyyən edilmədiyi üçün satıcılar onları olduqca yüksək məbləğlərə təklif edirlər.

Hazırda ən sərfəli biletlər stadionun yuxarı sektorlarında 10-11 min ABŞ dollarına satılır. Orta kateqoriyaya aid biletlərin qiyməti isə 15-23 min ABŞ dolları arasında dəyişir.

Ən bahalı təkliflər VIP yerlər və lojalara aiddir. Bu kateqoriyada biletlərin qiyməti 50 min ABŞ dollarından başlayaraq 2,3 milyon ABŞ dollarına qədər yüksəlir. Platformada hətta bir bilet üçün 11,5 milyon ABŞ dolları qiymət qoyulduğu da müşahidə edilib.