İdman
DÇ-2026 finalı: Dünya ulduzları eyni səhnədə
2026-cı il FIFA Dünya Çempionatının bu gün keçiriləcək final oyunu təkcə futbol deyil, həm də möhtəşəm əyləncə proqramı ilə diqqət çəkəcək.
Metbuat.az xəbər verir ki, final qarşılaşmasının fasiləsində ilk dəfə təşkil olunan "Super Bowl" formatlı şouda BTS, Justin Bieber, Shakira, Coldplay və Madonna səhnəyə çıxacaq. Tarixi yarımtaym şousu milyonlarla azarkeş üçün xüsusi musiqi proqramı təqdim edəcək.
Oyundan əvvəl keçiriləcək bağlanış mərasimində isə məşhur Hollivud aktyoru Tom Cruise, britaniyalı müğənni Robbie Williams, italiyalı ifaçı Laura Pausini, Nicole Scherzinger, məşhur strimer IShowSpeed və müğənni Jennifer Hudson çıxış edəcəklər.