Hadisə

Cinayət törədən 46 nəfər saxlanılıb

Metbuat.az

İyulun 22-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Axtarışda olduğuna görə ümumilikdə 113, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.