Hadisə

Cəlilabadda avtomobil aşdı -

Xəsarət alanlar var/ YENİLƏNİB

Metbuat.az

Cəlilabad rayonunda yol qəzasında xəsarət alanların sayı beşə çatıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, TƏBİB-dən bildirilib ki, Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (3 qadın, 2 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən üç nəfər (2 kişi, 1 qadın) ambulator müalicə üçün evə buraxılıb.

Bir qadının vəziyyəti orta ağır qiymətləndirilib və daha ixtisaslı xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub.

Hazırda bir qadının isə tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

13:21

Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, qəza rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota Prado" markalı minik avtomobili aşıb və nəticədə 4 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Avtomobildə azyaşlılarda olmaqla bir ailənin 7 üzvünün olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.