İdman

Bu qədər əziyyət çəkəcəyimi düşünməzdim -

Muslera

Metbuat.az

"Qalatasaray"dan ayrılaraq Argentinanın “Estudiantes” klubuna transfer olunan Fernando Muslera Uruqvay millisində yaşadığı çətin günlərdən danışıb.

Metbuat.az xəbər verir ki, Dünya Kuboku zamanı buraxdığı səhvlərə görə sərt tənqid olunan təcrübəli qapıçı həmin dövrün onun üçün asan keçmədiyini bildirib.

“Futbolun mənə bu qədər əziyyət verəcəyini heç vaxt düşünməzdim. Həqiqətən də yaxşı günlər keçirmədim. Nələrin baş verdiyini və bunun necə olduğunu bilirəm. Amma bunların öhdəsindən necə gələcəyimi də bilirəm. Mən həmişə çətinliklərdən güc alan insan olmuşam. Bu sınaqlar məni daha da gücləndirir”, - deyə Muslera vurğulayıb.