Dünya
Bu ölkədə güclü zəlzələ oldu
Kamçatka sahillərində 6,0 və 5,7 maqnitudalı iki zəlzələ qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Vahid Geofizika Xidməti məlumat yayıb.
Hər iki zəlzələ bu gün altı dəqiqə fasilə ilə baş verib.
Qeyd olunur ki, yeraltı təkanların episentrləri Petropavlovsk-Kamçatskdan cənub-şərqdəki akvatoriyada yerləşib.