Dünya
Bu ölkədə daşqınlar can almaqda davam edir: Ölənlərin sayı 61-ə çatdı
Hindistanın şimal-şərqində yerləşən Assam ştatında güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 61-ə yüksəlib.
Metbuat.az xıbır verir ki, Assam Ştatı Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (ASDMA) məlumatına görə, son sutkada daha 14 nəfər daşqınlar nəticəsində ölüb.
Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları hər il Hindistan, Pakistan və digər region ölkələrində genişmiqyaslı daşqınlara, torpaq sürüşmələrinə və digər təbii fəlakətlərə səbəb olur.