Dünya

bu 3 ölkə birgə dəniz təliminə başladı

Metbuat.az

ABŞ, Yaponiya və Filippin hərbi qüvvələri Cənubi Çin dənizində növbəti birgə dəniz təlimlərinə start veriblər.

Metbuat.az xəbər verir ki, təlimlərin məqsədi üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, dəniz təhlükəsizliyinin artırılması və regionda birgə əməliyyat imkanlarının təkmilləşdirilməsidir.

Filippin Silahlı Qüvvələrinin yaydığı məlumata görə, təlimlərdə ölkənin "Antonio Luna" freqatı, helikopterlər və döyüş təyyarələri iştirak edir. Yaponiya P-3 Orion patrul təyyarəsini, ABŞ isə idarəolunan raketlərlə təchiz edilmiş USS Dewey esminesini və P-8 Poseidon patrul təyyarəsini bölgəyə göndərib.