İdman

Bosniya və Herseqovina Dünya Kuboku ilə erkən vidalaşdı

Metbuat.az

Bosniya və Herseqovina 2026-cı il FIFA Dünya Kubokunun 1/16 final mərhələsində ev sahibi ABŞ millisi ilə üz-üzə gəlib.

Metbuat.az xəbər verir ki, San-Fransisko Körfəz Bölgəsi Stadionunda keçirilən qarşılaşmada hesabı 45-ci dəqiqədə Folarin Baloqun açıb.

ABŞ millisi 64-cü dəqiqədə Baloqunun qırmızı vərəqə alması ilə azlıqda qalsa da, üstünlüyünü qoruyub. Komandanın ikinci qolunu isə 82-ci dəqiqədə Malik Tillman vurub. Qarşılaşma ABŞ-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə ev sahibləri 1/8 finala yüksəlib, Bosniya və Herseqovina isə Dünya Kuboku ilə vidalaşıb.