İdman

"Beşiktaş" braziliyalı ulduz futbolçunu alır

Metbuat.az

İstanbulun "Beşiktaş" klubu heyətini daha bir ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli KİV-in yazdığına görə, ağ-qaralı klub futbol üzrə Braziliya yığma komandasının üzvü Leo Pereiranın xidmətində maraqlıdır. "Beşiktas" rəsmilərinin 30 yaşlı müdafiəçi ilə razılığa gəldiyi bildirilir.

Qeyd edək ki, 1.89 boya sahib olan braziliyalı ulduz "Flamingo" klubunun şərəfini qoruyur. O, ötən movsüm doğma komandanın heyətində 27 matça çıxıb. Leo Pereira bu oyunlarda 2 dəfə fərqlənməyi bacarıb.