İdman

"Barselona" ulduz futbolçunun transferini açıqladı

Metbuat.az

"Barselona" klubu "Borussiya Dortmund"un futbolçusu Kərim Adeyemini transfer edib.

Metbuat.az xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı sağ cinah oyunçusu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. Almaniya mətbuatının məlumatına görə, "Barselona" bu transfer üçün bonuslar da daxil olmaqla "Borussiya Dortmund"a 29 milyon avro ödəyəcək.

Transferdən sonra açıqlama verən Kərim Adeyemi baş məşqçi Hansi Flikin bu qərarında mühüm rol oynadığını bildirib. O, "Hansi Flik burada olmağımın əsas səbəbkarıdır. Onunla çox danışmışam və ilk andan etibarən ona qarşı böyük güvən hissim var. Məqsədlərə çatmağımız üçün komandaya kömək etməyə hazıram" - deyə bildirib.