İdman

"Barselona" Alvaresin yerinə onu alacaq

Metbuat.az

"Barselona" Xulian Alvares transferini reallaşdıra bilməyəcəyi təqdirdə alternativ variantını müəyyənləşdirib.

Metbuat.az xəbər verir ki, Kataloniya təmsilçisi bu halda "Bornmut"un fransalı hücumçusu Junior Kroupu heyətinə qatmağı planlaşdırır. Məlumata görə, "Barselona" forvardın transferi üçün İngiltərə klubuna 70 milyon avro ödəməyə hazırdır. Klub rəhbərliyi Kroupu hücum xəttini gücləndirmək üçün əsas alternativlərdən biri hesab edir.

Qeyd edək ki, "Barselona" əsas hədəfi olan Xulian Alvares üçün "Atletiko Madrid"ə 135 milyon avro və 15 milyon avro bonus olmaqla ümumilikdə 150 milyon avroluq təklif irəli sürüb.