Ölkə

Azərbaycanda 815 kişiyə atalıq məzuniyyəti verilib

Metbuat.az

Azərbaycanda bu ilin birinci yarımilində 331 işəgötürən 815 kişiyə ödənişli atalıq məzuniyyəti verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir.

İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) elektron qaydada rəsmiləşdirilir.