İdman

Avropa klubları “Fənərbaxça”nın futbolçusuna elçi düşdü

Metbuat.az

“Fənərbaxça”nın hollandiyalı müdafiəçisi Ceyden Oostervolde Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Metbuat.az xəbər verir ki, “Roma” və “Kristal Palas” 25 yaşlı futbolçunun transferində maraqlıdır. Məlumata görə, hər iki klub İstanbul təmsilçisinə rəsmi təklif göndərməyə hazırlaşır. İspaniya və Fransadan da Oostervolde ilə maraqlanan komandaların olduğu bildirilir. Lakin, müdafiəçinin hazırda La Liqa və ya Liqa 1-ə keçidi prioritet hesab etmədiyi qeyd olunur.

Qeyd edək ki, 2023-cü ildə “Fənərbaxça”ya qoşulan Ceyden Oostervolde indiyədək komandanın heyətində 111 matça çıxıb. Oostervolde bu görüşlərdə 3 qola imza atıb və 1 məhsuldar ötürmə edib.