Arda Güler Mourinyonu heyran etdi
"Real Madrid"in türkiyəli futbolçusu Arda Güler yeni mövsüm öncəsi hazırlığa parlaq start verib.
Metbuat.az xəbər verir ki, yay tətilini başa vuran 21 yaşlı yarımmüdafiəçi komandanın yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında keçirilən ilk məşqdə diqqət mərkəzinə düşüb. AS nəşrinin məlumatına görə, Arda Güler məşq prosesində ən yaxşı təsir bağışlayan futbolçulardan biri olub. Nəşr yazır ki, türkiyəli ulduz tətildən qayıtdıqdan sonra keçirdiyi ilk məşqdə yüksək performans nümayiş etdirərək məşqçilər korpusunun rəğbətini qazanıb. İspaniya mətbuatının iddiasına görə, gənc futbolçu məşqlərdə Bernardo Silva və Cud Bellinqem kimi ulduzlardan geri qalmayan oyun sərgiləyib.
Qeyd edək ki, Arda Güler ötən mövsüm "Real Madrid"in heyətində keçirdiyi 51 oyunda 6 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.