İdman
Türkiyənin taleyinin həll olunacağı matçın hakimi odur
2026 FIFA Dünya Kubokunun D Qrupunda mübarizə aparan futbol üzrə Türkiyə yığma komandasının Paraqvay ilə keçirəcəyi həlledici qarşılaşmanın hakimləri açıqlanıb.
Metbuat.az xəbər verir ki, Türkiyə millisinin çempionatdakı taleyini həll edəcək bu olduqca kritik və gərgin mübarizəni El Salvador Futbol Federasiyasından İvan Barton idarə edəcək. Bartonun köməkçiləri isə Devid Moran və Antonio Pupiro olacaq. Qarşılaşmanın dördüncü hakimi isə yamaykalı Oşeyn Neyşndir. Ehtiyat köməkçi hakim qismində isə Trinidad və Tobaqodan Kaleb Uels xidmət göstərəcək.
Türkiyənin qrupdan çıxmaq yolundakı bu taleyüklü oyununun nəticəsi böyük maraqla gözlənilir.