Dünya

Türkiyədən başqa kimimiz var -

Somali Prezidenti

Metbuat.az

Somali Prezidenti Hassan Sheikh Mohamud ölkəsində hidrokarbon və mədən sahələrində aparılan kəşfiyyat işləri ilə bağlı Türkiyə ilə əməkdaşlığa dair mühüm açıqlama verib.

Metbuat.az xəbər verur ki, Prezident Mahmud Türkiyənin Somaliyə göstərdiyi dəstəyi xüsusi vurğulayaraq ölkəsinin beynəlxalq arenada tək qaldığını bildirib.

“Türkiyədən başqa kimimiz var ki, bizi başqa kim istəyir, dəstəkləyir?” – deyə Somali lideri qeyd edib.

Açıqlama, Somali ilə Türkiyə arasında enerji və təbii sərvətlərin araşdırılması sahəsində əməkdaşlığın genişləndirildiyi bir dövrdə səsləndirilib və iki ölkə arasındakı strateji tərəfdaşlığın vacibliyini bir daha gündəmə gətirib.