İdman

​Türkiyə yığması üçün hər şey bitdi?

Metbuat.az

Xəbər verdiyimiz kimi, azərbaycanlı azarkeşlərin də maraqla izlədiyi futbol üzrə Türkiyə yığma komandası bu gün dünya çempionatında ilk matçına çıxıb. Qardaş ölkə təmsilçiləri Avstraliya millisinə 0:2 hesabı ilə məğlub olaraq, milyonlarla insanı məyus edib.

Metbuat.az xəbər verir ki, hazırda Türkiyə komandasının çempionatdakı taleyi ən çox müzakirə olunan mövzulardan biridir. Türkiyə yığması üçün hər şey bitdimi?

Mütəxəssislər əzmkar oyunun ay-ulduzlu komandanı böhran vəziyyətindən xilas edəcəyini düşünurlər. Bugünkü məğlubiyyətə rəğmən qarşıdakı iki oyunda qazanılacaq qələbə Türkiyə millisinin qrupdan çıxmasını təmin edəcək. Buna görə də Paraqvayla keçiriləcək matçda qələbə vacibdir. Ay-ulduzlu komandanın ikinci oyunda məğlub olması isə turnirlə vidalaşması deməkdir. Türkiyə yığmasının qarşıdakı oyunu xalsız başa vuracağı təqdirdə, ABŞ millisi ilə görüşdə meydana çıxmasına ehtiyac qalmayacaq.

Bir qələbə və bir bərabərlik də ay-ulduzlu komandanı qrupdan çıxmasını təmin edə bilər. Amma bu zaman digər qarşılaşmaların nəticəsini gözləmək lazım gələcək. İstənilən halda, Paraqvay yığması ilə oyun türklər ücün həyati əhəmiyyət kəsb edir.