İdman

​Türkiyə millisinin ilk oyununu o idarə edəcək

Metbuat.az

Türkiyənin futbol üzrə yığma komandasının 2026-cı il FIFA Dünya Çempionatının “D” qrupundakı ilk qarşılaşmasını idarə edəcək mərkəz hakim məlum olub.

Metbuat.az xəbər verir ki, FIFA-nın qərarına əsasən, iyunun 14-də Avstraliyaya qarşı keçiriləcək bu gərgin mübarizə Venesuela Futbol Federasiyasından Jesus Valenzuelaya həvalə edilib. Meydanda ona həmyerliləri Xorxe Urreqo və Tulio Moreno kömək edəcəklər.

Qarşılaşmanın VAR otağında isə Perudan Maykl Orue əyləşəcək. Vancouver şəhərində baş tutacaq bu mühüm matçda “ay-ulduzlular” turnirə qələbə ilə başlamağı hədəfləyir.