Dünya
Tramp İranla imzalanan sazişdən danışdı
ABŞ Prezidenti Donald Tramp İranla imzalanan saziş barədə açıqlama verib.
Metbuat.az xəbər verir ki, Tramp G7 sammitində iştirak etmək üçün İsveçrəyə səfəri zamanı Vaşinqton və Tehran arasında imzalanan sənədin artıq qüvvədə olduğunu bildirib. Onun sözlərinə görə, Hörmüz boğazı qismən açılıb və gəmilərin hərəkəti bərpa olunmağa başlayıb.
Tramp Vaşinqton və Tehran arasında anlaşma memorandumunun elektron qaydada imzalandığını, sənədə ABŞ tərəfdən onun özü və vitse-prezident Cey Di Vensin, İran tərəfdən isə parlament sədri Məhəmməd Baqir Qalibafın imza atdığını qeyd edib.
ABŞ Prezidenti həmçinin bildirib ki, sazişin rəsmi imzalanma mərasimi iyunun 19-da Cenevrədə keçiriləcək və daha sonra razılaşmanın detalları ictimaiyyətə təqdim olunacaq.