Ölkə

TƏBİB-də yeni təyinat oldu -

FOTO

Metbuat.az

Zara İbrahimzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri təyin olunub.

Metbuat.az xəbər verir ki, o bu barədə özünün sosial media hesabında paylaşım edib.

Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu.