İdman
"Qalatasaray” yeni qolçu alır
İstanbulun “Qalatasaray” klubu transfer strategiyasında gənc və perspektivli futbolçulara üstünlük verməyə başlayıb.
Metbuat.az xəbər verir ki, hücum xəttini gücləndirmək istəyən sarı-qırmızılılar Danimarkanın “Midtyulland” klubunda çıxış edən 21 yaşlı hücumçu Frankulinonu transfer siyahısına daxil edib. Türkiyə təmsilçisi gənc forvardın transferini bitirmək üçün artıq rəsmi addımlar atmağa hazırlaşır.
Məhsuldarlığı və sürəti ilə diqqət çəkən gənc qolçu üçün “Qalatasaray” rəhbərliyinin yaxın günlərdə Danimarka klubu ilə danışıqlara başlayacağı gözlənilir. Bu transfer həm komandanın hücum potensialını artırmaq, həm də gələcəyə investisiya etmək məqsədi daşıyır.
“Aslan”ın həmləsi transfer bazarında böyük maraqla qarşılanıb.