Ölkə

Pensiya və müavinət alanların nəzərinə

Metbuat.az

Bu ilin may ayında ailə başçısını itirməyə görə 195 155 nəfər şəxsə pensiya və müavinət ödənilib.

Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Məlumata görə, onların 138 914 nəfəri pensiya, 56 241 nəfəri isə müavinət alıb.