Ölkə

Partlayış səsləri eşidiləcək -

Xəbərdarlıq

Metbuat.az

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 22-25 iyun tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".