"Məğlubiyyətdən nəticə çıxarmalıyıq" - Fatih Terim
"Futbol proqnozu sevmir. Bəzən nəticə istədiyimiz, arzu etdiyimiz kimi olmur. Əsas odur ki, keçmişdə ilişib qalmayaq, məğlubiyyətdən nəticə çıxaraq. Bu çempionat sonuncu mötəbər turnir deyil. Qarşıda bizi hələ çöx nüfuzlu çempionatlar gözləyir".
Metbuat.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın və futbol üzrə Türkiyə yığma komandasının sabiq baş məşqçisi Fatih Terim deyib.
Təcrübəli mütəxəssis Türkiyə yığmasının ilk iki matçda meydandan məğlub ayrilmasının ölkədə şok effekti yaratdığını bildirib: "Əlbəttə, vətənə boynubükük dönməyımiz bizi məyus etdi. ABŞ-ın növbəti mərhələdəki rəqibinin kimliyi açıqlananda şok effekti yaşadıq. Biz bu rəqibi asanlıqla keçə bilərdik. Bundan sonra nəyisə geri qaytarmaq mümkün deyil
Əsas odur ki, səhvlərimizden nəticə çıxaraq".