Ölkə

İyunun 18-də qaz kəsiləcək -

Bu ərazilərdə

Metbuat.az

Sabah Yevlax rayonunun 8 kəndinin qaz təchizatı dayandırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun Cırdaxan, Salahlı, Varvara, Balçılı, Ağqrax, Səmədabad, İsmayılabad və Bünyadabad kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.