Dünya
İran ABŞ ilə memorandumda Livan şərtini açıqladı
İran ABŞ ilə imzalanması nəzərdə tutulan yekun memorandumda Livanda müharibənin dayandırılmasının əsas şərtlərdən biridir.
Metbuat.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aun və parlament sədri Nəbih Berri ilə telefon danışığı zamanı bu məsələyə toxunub. O, memorandum çərçivəsində ABŞ-nin öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb və İsrailin Livana qarşı hücumlarının dayandırılmasının əsas şərt olduğunu qeyd edib.
Telefon danışıqları zamanı Livan tərəfinə anlaşma memorandumunun detalları, xüsusilə də ölkəyə aid müddəalar barədə məlumat verilib. Livan rəsmilərinin isə sənəddə yer alan şərtləri müsbət qarşıladığı bildirilib.