İdman

​“Fənərbaxça”nın ulduzu 41 yaşında bu kluba keçdi

Metbuat.az

Vaxtilə İstanbulun “Fənərbaxça” klubunda çıxış etmiş məşhur fransız futbolçu Matye Valbuena karyerası ilə bağlı gözlənilməz addım atıb.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yaşının çoxluğuna baxmayaraq, yaşıl meydanlardan ayrılmaq niyyətində olmadığını növbəti transfer qərarı ilə sübut edib. 41 yaşlı ulduz oyunçu Maltanın 2-ci Liqa təmsilçilərindən olan “Santa Lukia” klubu ilə rəqmi müqavilə imzalayıb. Bu keçid həm futbol ictimaiyyətin, həm də azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Valbuena 2017-2019-cu illər arasında "Fənərbaxça"nın heyətində uğurla çıxış edib. Futbolçu İstanbul nəhəngində nümayiş etdirdiyi dinamik oyun və kreativ ötürmələrlə sarı-lacivərdli azarkeşlərin sevimlisinə çevrilməyi bacarmışdı.