İdman

Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli olub

Metbuat.az

Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

Metbuat.az Apasport.az-a istinadən xəbər verir ki, tədbirdə "Sabah"ın rəqibi də bəlli olub. Yığıncaq İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutub. Komandamız Uelsin TNS klubuna rəqib olub. Təmsilçimiz ilk matçı evdə keçirəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də baş tutacaq.