Dünya
Bu ölkədə qapılar kilidlənmir, güvən tamdır
Yaponiya dünyada təhlükəsizlik səviyyəsinin ən yüksək olduğu ölkələrdən biri kimi tanınır.
Metbuat.az xəbər verir ki, bəzi kiçik şəhər və qəsəbələrdə insanlar evlərinin qapısını kilidləmədən evdən çıxırlar. Bu bölgələrdə ictimai yerlərdə unudulan əşyaların belə uzun müddət toxunulmadan qaldığı bildirilir. Sakinlər arasında yüksək ictimai məsuliyyət və qarşılıqlı etibar mədəniyyəti formalaşıb.
Hətta itirilmiş əşyaların polisə təhvil verilməsi geniş yayılmış bir ənənədir. Bu vəziyyət ölkədə güclü sosial nizam və qanuna hörmətlə əlaqələndirilir.