İdman

"Barselona"nın istədiyi ulduz futbolçular bilindi

Metbuat.az

“Barselona” klubu hücum xəttini gücləndirmək üçün transfer bazarında yeni axtarışlarını davam etdirir.

Metbuat.az xəbər verir ki, Kataloniya təmsilçisi Robert Levandovskidən sonra forvard mövqeyinə alternativ namizədləri nəzərdən keçirir. Baş məşqçi Hansi Flikin əsas hədəfi “Atletiko Madrid”in hücumçusu Xulian Alvares olsa da, yüksək transfer dəyəri səbəbindən klub daha əlçatan variantlara yönəlib. Məlumata görə, “Barselona”nın transfer siyahısında bir neçə futbolçu yer alır. Onlardan biri “Mançester Yunayted”in sloveniyalı hücumçusu Benjamin Şeşkodur. Gənc forvardın daha sərfəli variant kimi dəyərləndirildiyi bildirilir.

Bununla yanaşı, “Borussiya Dortmund”un futbolçusu Serhu Qirassi və “Levante”də çıxış edən Etta Eyong da katalon klubunun skautları tərəfindən izlənilir. Hər iki futbolçunun fərqli oyun üslubu ilə hücum xəttinə alternativ ola biləcəyi qeyd olunur.