Ölkə

ADY-dən ​Bakı-Tbilisi qatarı ilə bağlı açıqlama

Metbuat.az

Bakı-Tbilisi qatarı Tbilisiyə qədər hərəkət edir. Axalkalaki və Qarsa sərnişin marşrutu mövcud deyil.

Metbuat.az xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

O, qeyd edib ki, bununla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. ADY rəsmisi hər hansı ekspertin, turizmçinin açıqlamasına əsaslanaraq qeyri-dəqiq məlumatlar yaymamağı tövsiyə edib.