İdman
Abus Maqomedov qələbə qazandı
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində əsas qarşılaşmalar başlayıb.
Metbuat.az xəbər verir ki, ilk olaraq Almaniyanı təmsil edən Abus Maqomedov (84,14) polşalı Mixal Olekseyçukla (84,36) üz-üzə gəlib.
Orta çəkidəki görüşdə A. Maqomedov qələbəyə sevinib. O, birinci raundda vaxtından əvvəl qalib gəlib.