Ölkə

Qəzada ölən konsul Göyçayda dəfn edildi -

VİDEO

Metbuat.az

İranda baş verən avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov dəfn edilib.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, R.İmranovun nəşi Göyçayın Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.

Vida mərasimində xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.İmranov iki gün əvvəl Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.

Davud Tarverdiyev / Metbuat.az