Ölkə

Polkovnik Füzuli İmrəliyev yüksək vəzifəyə təyin edildi

Metbuat.az

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Füzuli İmrəliyev Agentlik rəisi general-mayor Sərdar Səfərovun müavini vəzifəsinə təsdiqlənib.