Ölkə
Partlayışda yaralanan Asif Nəsirli vəfat etdi -
FOTO
Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirli dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat paylaşıb.
Qeyd edək ki, Asif Nəsirli, 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. A.Nəsirli 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini keçib.
Həkim-radioloq A.Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!