Dünya

İran bu ölkəyə hərbi təyyarələr göndərib?

Metbuat.az

Pakistan İranın ölkəyə çox sayda qırıcı təyyarə yerləşdirdiyi barədə yayılan məlumatları rədd edib.

Metbuat.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda, “CBS News” televiziyasının reportajında irəli sürülən iddialar təkzib edilib. Bəyanatda deyilir ki, bu cür spekulyativ ritorika regional sabitlik və sülh üçün davam edən səyləri pozmağa yönəlib.

Qeyd edək ki, “CBS News” İranın Pakistandakı Nur Xan hava bazasına çox sayda qırıcı təyyarə yerləşdirdiyi barədə məlumat yayıb.