Ölkə

​Göyçay sakinini ilan sancdı

Metbuat.az

Göyçay sakinini ilan sancıb. Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Bığır kəndində qeydə alınıb.

Belə ki, Bığır kənd sakini, 1974-cü il təvəllüdlü Osmanova Mahirə Xeyrəddin qızını ilan vurub. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta-ağır olaraq qalır.

Davud Tarverdiyev / Metbuat.az