Ölkə
Bakının bu ərazilərində qaz olmayacaq
Bu gün Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı rayonunda yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə saat 10:00-dan işlər yekunlaşanadək Hövsan qəsəbəsində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.