Ölkə

Bakı-Tbilisi-Bakı qatar reysi üzrə bilet satışı başladı

Metbuat.az

Bakı-Tbilisi-Bakı qatar reysi üzrə bilet satışı başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Qeyd edək ki, biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından ala bilərsiniz.

Xatırladaq ki, ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da hərəkətə başlayacaq.