Dünya

50 ildir dayanmadan bişən yemək -

Fasilə verilmir

Metbuat.az

Taylandın paytaxtı Bangkokda yerləşən bir ailə restoranı 50 ildir fasiləsiz qaynadılan şorba ilə diqqət çəkir.

Metbuat.az xəbər verir ki, bu şorba 1976-cı ildən bəri eyni qazanda hazırlanır və heç vaxt tam boşaldılmır. Məlumata görə, bişirilən yemək daim yenilənir. Şorba azaldıqca üzərinə yeni su və təzə ərzaqlar əlavə olunur. Beləliklə, bişirmə prosesi illərlə dayanmadan davam edir. Bu üsul restoranın əsas fərqləndirici xüsusiyyətinə çevrilib. Yemək “Nua Toon” adı ilə tanınır və əsasən mal əti ilə hazırlanır. Tərkibinə həmçinin müxtəlif təzə məhsullar və balıq küftələri daxildir. Restoranın bu üsulu turistlər arasında da maraq doğurub. Bildirilir ki, restoran müxtəlif illərdə “Michelin” mükafatları ilə də təltif olunub.