Dünya
Yer kürəsinin kosmosdan çəkilmiş yeni görüntüləri yayımlandı
NASA 50 ildən sonra Aya ilk missiyasını həyata keçirib.
Metbuat.az xəbər verir ki, “Atemis II” missiyasının heyəti, Aya doğru səyahət edərkən Yer kürəsinin kosmosdan çəkilmiş 2 yeni şəklini paylaşıb. Görüntülərin kapitan Reid Viseman tərəfindən çəkildiyi bildirilir.
Birinci şəkildə Yerin kapsulun pəncərələrindən əks olunduğu, ikincisində isə Yerin tam sferik formasında olduğu göstərilir.