Ölkə
Xocavəndə növbəti köç karvanı yola salındı
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb.
Metbuat.az xəbər verir ki, bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 17 ailə - 74 nəfər köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.