Dünya

Türkiyədə məktəbdə qanlı olay -

9 nəfər öldü

Metbuat.az

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi açıqlayıb.

"Məktəbə hücumda ölənlərin sayı 9-a çatıb, onlardan biri müəllim, doqquzu şagirddir", - o bildirib.

Mustafa Çiftçi qeyd edib ki, 13 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır.