Dünya

Trampdan atəşkəs barədə açıqlama

Metbuat.az

ABŞ Prezidenti Donald Tramp Livanın ABŞ və İran arasındakı ikihəftəlik atəşkəs razılaşmasına daxil edilmədiyini bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə o, "PBS" telekanalına telefonla müsahibəsi zamanı bildirib. "Bu, ayrı bir toqquşmadır", - o, İsrailin Livana davam edən zərbələrini şərh edərkən bildirib.

Qeyd edək ki, İran mediası İsrailin Livana hücumuna görə, Tehranın Hörmüz boğazını bağladığını yazıb.